Sosial mediada trend oldu

“İrəli”nin #cemilhani haştaqı müxalif düşərgənin şüarına çevrildi

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Londana yola düşmsəindən sonra sosial şəbəkələrdə ona ünvanlanan suallara cavab vermək imkanı məhdudlaşıb. Bundan istifadə edən “İrəli” İctimai Birliyinin üzvləri “Cəmil Həsənli də yoxa çıxıb” demək üçün “Twitter” sosial şəbəkəsində #cemilhani haştaqı yaradıblar. Lakin onların bu cəhdi uğurlu olmayıb. Qısa müddət ərzində haştaq müxalifətçi gənclərin tvitləri ilə dolub. Daha çox “korrupsionerlerden, ogrulardan, saxtakarlardan bezen xalq sorushur #cemilhani“, “21 yaşlı oğlunun başını yox, fotosunu sığallayan ana soruşur #cemilhani “, “Qeyri-döyüş şəraitində övladını itirən şəhid anası soruşur #cemilhani” kimi tvitlər yollayan narazı kəsim bununla da haştaqın trendinə çevrilib (Savash.org).