Milli Şuranın Humanitar Siyasət Komissiyası ilk iclasını keçirdi
Bu gün Milli Şuranın Humanitar Siyasət Komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın sədri, professor Kamil Vəli Nərimanoğlu, AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli, Müsavat Partiyasının təmsilçisi, dosent Vurğun Əyyub, professor İsmayıl Musayev və başqa təhsil mütəxəssisləri iştirak ediblər . Bu barədə qəzetimizə məlumatı komissiyanın rəhbəri Kamil Vəli Nərimanoğlu verib. Toplantının başlıca mövzusu Milli Şuranın humanitar siyasətinin təhsil, elm, mədəniyyət, səhiyyə istiqamətləri və prezidentliyə namizəd Cəmil Həsənlinin platformasının ana xətləri müzakirə olunub.
Komissiyanın sədri Kamil Vəli Nərimanoğlu humanitar siyasətin əsas istiqamətlərini bütövlükdə rejimin mahiyyəti ilə bağlı olduğunu göstərib. Azərbaycanda mövcud rüşvət, korrupsiya, mədəniyyət və səhiyyənin çöküşünün əsas səbəbinin rejimlə bağlı olduğunu vurğulayan K.V.Nərimanoğlu qeyd edib ki, bu istiqamətdə görülə biləcək işlər bu rejim aradan qaldırıldıqdan sonra sistemli şəkildə gerçəkləşə bilər: «Bunun üçün ali və orta məktəb müəllimlərinin, səhiyyə və mədəniyyət işçilərinin maaşı 5-7 dəfə artırılmalı, onların güzəranlarını əsaslı şəkildə dəyişdirə biləcək layihələr hazırlanmalıdır. Bundan sonra rüşvət və korrupsiyaya qarşı cəbhə açılmalı, ciddi islahat və tədbirlər gerçəkləşməlidir».
N.Məmmədli isə çıxışında təhsil və elmdəki böhranın səbəbləri və onların aradan qaldırılması yolları üzərində geniş dayanmışdır. O, AXCP-nin «Təhsil, Səhiyyə və Mədəniyyət» proqramının Milli Şuranın prezidentliyə namizədi üçün güclü baza olduğunu göstərmişdir.
TQDK-nın keçmiş sədri Vurğun Əyyub Müsavat Partiyasının da humanitar istiqamət üzrə mükəmməl konsepsiyasının olduğunu göstərməklə bərabər, prezidentliyə namizəd ğzğn xalqa aydın və qısa şəkildə çata bilən tezislərin zəruriliyi üzərində durdu.
Professor İsmayıl Musayev dərsliklər sahəsindəki boşluqlardan və beynəlxalq standartlardan uzaq olmağın törətdiyi fəsadlardan bəhs etdi.
Sonda çıxışçıların fikirlərinin ğmimiləşdirilərək əsas tezislər halında prezidentliyə namizədin platformasına daxil edilməsi təklif olundu.
Xəyal