Azərbaycan zənginləri Çernoqoriyada bahalı evlər alır (FOTO)

Azərbaycanlılar və ruslar Çernoqoriyanın Budva şəhərində lüks mənzillər alır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, alınan mənzillər heç də ucuz deyil.

Alınan yaşayış kompleksində mənzillərin qiyməti kvadrat metrə görə 5-8 min avro arasında dəyişir. Azərbaycanlı və ruslar tərəfindən evlər alınan yaşayış kompleksinin mətbuat xidmətinin rəhbəri Milena Spaxiç bildirib ki, onlar Çernoqoriyada komfort və qiymətinə görə, misli görünməyən mənzillər təklif edir.

Milena Spaxiç komplekstdə tikinti işlərinə başlayan zaman oradakı mənzillərin ruslar üçün hesablandığını da bildirib.