Oğuzda AXCP üzvlərinə təzyiqlər başladı

AXCP Gənclər Komitəsinin Oğuz səfəri hakimiyyəti qıcıqlandırdı

Bir neç gün öncə AXCP Gənclər Komitəsinin rayon tədbirlərinə yerli polis tərəfindən maneə törədilməsi haqqında məlumat vermişdik. Belə ki, Yevlax, Oğuz, Qəbələ rayonlarında Komitə rəhbərliyinin yerli cəbhəçi gənclərlə konfransa keçirilməsinə icazə verilməmişdi və bunu “yuxarıdan gələn göstəriş” kimi izah etmişdilər.
Konfransın küeçirilməsinə icazə verilməsə də, Oğuz rayonundan olan gənclərə qarşı həmin gündən təzyiqlər başlayıb, onları tez-tez polis bölmələrinə çağırıb izahat istəyirlər. AXCP Oğuz rayon şöbəsinin sədri Yaşar Məmmədova qarşı da təzyiqlər başlayıb. Polislər onun evinə gələrək hesabat tələb edirlər, onnun təmasda olduğu adamları təqib edirlər. Görünən budur ki, Oğuz rayon rəhbərliyi AXCP-nin bu rayondakı fəaliyyətini tamailə məhdudlaşdırmaq istəyir.
AXCP sədrinin müavini Gözəl Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, Baş verənlər hakimiyyətin AXCP-yə qarşı düşmən münasibətinin göstəricisidr və bu tipli təzyiqlərlə AXCP-nin bölgələrdəki nümayəndələrin prosesdən kənarlaşdırmaq istəyirlər: “ Biz bu halları partiyanın fəaliyyətinə müdaxilə kimi qiymətləndiririk. Artıq AXCP-nin tədbirlərinə hakimiyyətin kobud müdaxiləsi və bu tədbirlərdən sonra partiya üzvlərinə yerli hakimiyyət tərəfindən təzyiqlər edilməsi ənənə halını alıb. Hakimiyyət bütün qanunzuluqlara əl ataraq rəqiblərini zərərsizləşdirməyə davam edir.  Ancaq, bu kimi hallar cəbhəçiləri qətiyyən ruhdan salmır və biz öz haqlı mübarizəmizdə sona qədər davam edəcəyik. Hakimiyyti isə, bu cılız mübarizə metodlarından əl çəkib, ləyaqət mübarizə aparmağa səsləyirik”