Sentyabrın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova 6 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Məlumatı “Azadlıq” radiosu yayıb.
Ötən ilin iyun ayında tutulan Hilal Məmmədov dövlətə xəyanət, milli nifrət və düşmənçiliyin salınması, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və saxlamada təqsirləndirilir.
Beynəlxalq və yerli təşkilatlar onu vicdan məhbusu hesab edirlər.