Sentyabrın 11-i Nəsimi Rayon Məhkəməsində “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Vəkil Nemət Kərimli “Media forum” saytına deyib ki, məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb: “Prosesdə İlkin Rüstəmzadə bəyan etdi ki, onu dünən saat 18-də təcridxana rəisinin yanına aparmaq adı ilə kameradan çıxarıblar və cərimə təcridxanasına aparıblar. O, dünən axşamdan heç bir əsas olmadan karserə salınıb. Cərimə təcridxanasının rəisi onu dəmir çubuqla döyüb. İlkinə səhərə kimi su belə verməyiblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət edəcəyik”.
İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq ona xuliqanlıq ittihamı irəli sürüb.