Vilnüsdə Milli Şura söhbətləri

Demokratik düşərgənin gənc təmsilçiləri “Demokratik dəyişikliklər” Formunda iştirak edib

Milli Şurada təmsil olunan gənclər Avropada Gənc Liderlər Akademiyasının Vilnüsdə təşkil etdiyi “Demokratik dəyişikliklər” Formundan qayıdıblar. Forum 6-9 sentyabrda keçirilib.
Milli Şuranın üzvü Cəmil Hacıyev iştirak etdiklər Forumla bağlı “azadliq.info”ya bunları deyib: “Biz müxrəlif ölkələrdən gələn gənclərlə görüşdük. Çox təəssüf ki, Azərbaycan diplomatları vətənə yox, rejimə xidmət etməklə məşğuldurlar. Ölkələrinin aktiv gəncləri olaraq siyasi biliklər akedemiyasının forumuna gələnlərdən Azərbaycanı yalnız “neft şeyxləri ölkəsi”, “Əliyevlər  dinastiyası” kimi tanıdıqlarını eşitdikcə utandığımdan bilmirdim nə edim.
Mən forumdakı çıxışlarım zamanı Azərbaycan reallıqlarını gənclərə və xarici diplomatlara anlatmağa çalışdım. Litvalı deputatlarla, bu ölkədəki diplomatik korpus nümayəndələrilə, Şərqo Avropadan olan QHT təmsilçilərilə görüşlərimiz oldu. Onlara müxalifətin əsəs qüvvələrinin  bir yerdə olduğu, məşhur tarixçı alim Cəmil Həsənlini vahid namizəd seçdiyi haqda məlumat verdik. Bütün həmsöhbətlərimiz demokratik qüvvələrə ügürlar arzulayaraq, tezliklə Azərbaycanı demokratik dövlətlər sırasında görmək istədiklərini dedilər”.