Sabirabad şəhər sakini Qarabağ əlili Ülvi Novruz oğlu Əhmədov aclıq aksiyasına başlayır. Buna səbəb Qarabağ müharibəsi əlilinin sosial problemlərinə rayon rəhbərliyinin saymazyana münasibətidir. “Azadlıq”a verilən məlumata görə Əhmədov aksiyaya sabahdan etibarən start verir. O, deyib ki, problemini həll etmək üçün dəfələrlə Sabirabad rayon İH-nin başçısı Nazim İsmayılova rəsmi müraciət etməsinə baxmayaraq heç bir cavab almadığından canına qəsd eləməyi qərarlaşdırıb.
Bu barədə o, prezident İ.Əliyevə, Sabirabad rayon İH-nin başçısı N.İsmayılova və Sabirabad mərkəzi xəstəxanasının baş həkimi Ə.Mikayılova rəsmi məktubla xəbər göndərib.
Natiq