“Milli Şura” seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm Ibrahimbəyov BMT-nin Insan Haqları Komitəsinə müraciət edəcək.
Bunu Təşəbbüs Qrupunun üzvü, vəkil Fuad Ağayev deyib: “Artıq Azərbaycan məhkəmə instansiyaları ilə çəkişmə prosesi yekunlaşdı. Rüstəm Ibrahimbəyovun hüquqlarının qorunması üçün növbəti instansiya olaraq, BMT-yə müraciət etməyi qətiləşdirdik”. “Milli Şura” seçicilərinin Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Elman Mustafazadə isə APA-ya deyib seçkilərdə namizədliyin irəli sürülməsi mərhələsi yekunlaşmaq üzrə olsa da, qrup fəaliyyətini dayandırmayacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də keçirdiyi iclasda “Milli Şura” seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm Ibrahimbəyovun namizədliyi təsdiq etməyib(APA).