İranla Azərbaycan arasında bank qalmaqalı

«Iranın Inkişaflandırılma Bankı» niyə Azərbaycan məhkəmələrinə üz tutub?

Iranın siyasi dairələrinə bağlı olan “Iranın Inkişaflandırılma Bankı” Azərbaycan Mərkəzi Bankının qərarı ilə fəaliyyəti dayandırılmış “Röyal Bank” barədə Azərbaycan hakimiyyətinə müraciət edib. Bu xəbəri “Reytinq” qəzeti yayıb.

Xəbərdə deyilir ki, Iran bankı “Röyal Bank”a qoyduğu sərmayə və digər formalarda qoyduğu əmanətləri faizləri ilə birgə geri istəyir. Lakin Azərbaycan hakimiyyəti “Röyal Bank”ın özəl bank olduğu və bu baxımdan dövlətin bu məsələdə heç bir məsuliyyət daşımadığını əsas gətirərək Iran bankının tələbini qəbul etməyib. Məlumatda deyilir ki, Azərbaycan hökuməti rəsmi şəkildə bildirib ki, bunun üçün məhkəməyə müraciət edilməlidir. Iran bankı da məhkəməyə üz tutub. Artıq “Iranın Inkişaflandırılma Bankı” “Röyal Bank”ın Mərkəzi Ban tərəfindən görəmləndirilmiş rəsmi ləğvedicisi “Azerbaijan International Sonsulting Company” MMC-yə qarşı iddia qaldırıb. Iddia ərizəsində “Röyal Bank”a yatırılan milyonlarla manat depozit məbləğinin faizi ilə birgə qaytarılması və s. tələblər qoyulub.

Birinci instansiya Iran bankının iddiasını təmin etməyib. Bank yuxarı instansiya məhkəmələrinə üz tutub. Bununla da qalmaqal daha da qızışıb. Iran bankı məsələni rəsmi Tehrana çatdırıb. Iran siyasi dairələrinin məsələyə ciddi müdaxiləsi vəziyyəti dəyişib. Tərəflər razılıq əldə edib və məhkəmə çəkişməsinə son verilib. Lakin Iran bankına pulun necə, kimlər tərəfindən ödəniləcəyi bəlli deyil.