Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu həftə İrəvana səfərə gedəcək. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
E. Abdullayev bildirib ki, XİN rəsmisinin səfərində məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.
Həmçinin qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq tədbirdə Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək.