Milli Şura mitinqlərə nə vaxt başlayır?

Asəf Quliyev: «Hansı rayonda seçicilərlə görüş təşkil olunacaqsa, aksiya həmin rayonda keçiriləcək»

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri MSK-ya təqdim olunub və artıq seçki kampaniyasının növbəti mərhələsinin hazırlıq işləri başlanılıb. Bu sıraya əsas təşviqat kampaniyası çərçivəsində keçiriləcək mitinqlər daxildir. 

Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev bir neçə gün əvvəl mətbuata açıqlamasında ilk mitinqin sentyabrın 15-ə planlaşdırıldığını bildirmişdi. Seçki gününə qədər daha bir neçə aksiyanın keçiriləcəyi gözlənilir. 

Əvvəlki aksiyalar üçün hakimiyyət yalnız 20-ci sahəni təklif etsə də, bu dəfə əlavə yerlər ayırmaq məcburiyyətində qalacaq.

Asəf Quliyevin “Azadlıq”a verdiyi açıqlamasında təşviqat mitinqlərinin seçicilərlə görüş, namizədin platformasının açıqlanması məqsəd daşıyacağını dedi. Bu səbəbdən də Bakı şəhər Icra Hakimiyyətinin 20-ci sahəni ayırması doğru olmaz. Hansı rayonda seçicilərlə görüş təşkil olunacaqsa, aksiya həmin rayonda keçiriləcək. Icra hakimiyyəti də bunu nəzərə almalıdır. 

“Nərimanov” metrostansiyasının qarşısınında mitinq keçirməyi daha əlverişli variant hesab edən A.Quliyev bununla bağlı Bakı şəhər Icra Hakimiyyətinə müraciət edəcəklərini də qeyd etdi. Mitinqlərə hazırlığın yüksək səviyyədə olduğunu deyən  A.Quliyev Milli Şuranın bu günlərdə keçiriləcək sessiyasında növbəti mitinqlərlə bağlı dəqiq qərar veriləcəyini bildirdi: “Birinci mitinq sentyabrın 15-də olmalıdır. Sonrakı ayın 22-ə düşür. Ola bilsin bu arada da mitinqlər keçirildi”.

Fizzə