Əliyevin Gədəbəy səfəri həbslərlə başladı

Prezidentə şikayət etmək istəyən sakinlər polis bölməsinə aparılıb

Bu gün ölkə başçısı İlham Əliyev Gədəbəyə səfər edəcək. Artıq 3 gündür Gədəbəydə fövqəladə vəziyyət élan edilib və polislə yanaşı mülki geyimli şəxslər rayona ezam olunub.

Qəzetimizə açıqlama verən Gədəbəy sakinləri artıq rayonda həbslərin başladığını və şikayətçilərin polis bölməsinə aparıldığını bildirdilər. Belə ki, Gədəbəydə qızıl yataqları olan ərazidə yaşayan sakinlər öz evlərindən çıxarılıb və onlara kompensasiya verilməyib. 10-dan çox narazı sakin prezidentə şikayət etmək üçün rayon mərkəzinə gəlmək istəsə də, həmin sakinlər saxlanılaraq polis bölməsinə aparılıb. Saxlanılanlar arasında KXCP Gədəbəy şöbəsinin sdəri Ceyhun Cəfərov da var. Sakinlər bildirirlər ki, saxlanılan adamlar prezidentin səfəri başa çatdıqdan sonra sərbəst buraxılacaq. Digər şikayətçilərə isə xəbərdarlıq edilib ki, evlərindən bayıra çıxmasınlar.

Görünür növbəti dəfə prezidentin rayon səfəri sadə camaatla deyil, əvvəlcədən öyrədilmiş “zəhmətkeş” lərlə baş tutacaq.