Cəmil Həsənlinin seçki qərargahının növbəti toplantısı keçirilib

Ötən gün Cəmil Həsənlinin seçki qərargahının toplantısı keçirilib. Toplantıda qarşıda duran vəzifələr, məntəqə və dairə komissiyalarının fəaliyyəti müzakirə olunub.
Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov “Azadlıq”a açıqlamasında bildirib ki, toplantıda əsasən məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu şəxslərin təyin edilməsi müzakirə olunub: “Qarşıda duran zəruri məsələlər bir daha müzakirə olundu. Əsasən Cəmil Həsənlinin təbliğat kompaniyası çərçivəsində görüləcək işlər müzakirə olundu. Bu məqsədlə bukletlərin, plakatların hazırlanması, namizədin platformasının hazırlanması, onun ideya istiqamətlərinin müəyyən edilməsi, məntəqə və dairələr üzrə müşahidəçilərin verilməsi məsələləri əsas prioritetdir. Çalışacağıq ki, bütün bu məsələlər gələn həftə ərzində yekunlaşsın”.