Bakıda avtobus qəzası: 1 ölü

Bakının Səbayel rayonu, “20-ci sahə” adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “AzNews.az” xəbər verir ki, 90ND 373 nömrə nişanlı 207 saylı iritutumlu avtobus 99 BB 643 nömrə nişanlı “Ford Tranzit”lə toqquşub. Yük maşınının sürücüsü hadisə yerində ölüb.
Hadisə avtobusun qarşı yola keçməsi nəticəsində baş verib.
Zərbənin gücündən “Ford Tranzit” deformasiyaya uğrayıb. Qəza saat 15 radələrində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri maşını doğrayaraq sürücünün cəsədini maşından çıxartmağa çalışır.