9 oktyabr seçkisi ATƏT PA-da müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının Daimi komitəsində Azərbaycanda keçiriləcək prezident  seçkiləri  müzakirə olunacaq.

Bunu APA-ya Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Bahar Muradova deyib.

O qeyd edib ki, qurumun  Azərbaycanda seçkini izləyəcək  müşahidəçi  missiyasının rəhbəri  komitənin iclasında  seçki ilə bağlı xüsusi hesabat təqdim edəcək  və sənəd müzakirəyə çıxarılacaq.