Sirus Təbrizli dəfn edildi

Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak etmiş, YAP-ın qurucularından olan, keçmiş mətbuat və informasiya naziri Suris Təbrizli sentyabrın 8-i, saat 15 radələrində torpağa tapşırılıb.
Dəfndə ölkənin tanınmış ictimai-siyasi simaları iştirak edib. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, tanınmış vəkil Aslan İsmayılov, AMİP lideri Etibar Məmmədov, YAP-ın sədr müavini Əli Əhmədov, Diasporlarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və başqaları dəfn mərasimiə qatılanlar arasında olub.
Mərhumun əvvəlcə saat 13 radələrində II Fəxri Xiyabanda dəfn olunacağı deyilirdi. Xiyabanın girişində məzar yeri də hazırlanıb. Lakin sonradan ailəsi Təbrizlinin dəfn yeri ilə bağlı vəsiyyətinin olduğunu bildirib. O, sağlığında dost olduğu mərhum Anar Məmmədxanovla yanaşı dəfn edilməsini vəsiyyət edibmiş. Mərhumun vəsiyyəti yerinə yetirilib, buna gorə də dəfn vaxtı bir neçə saat təxirə salınıb.