“Sədərək” yarmarkasında, 9-cu cərgə, kassanın üstündə yanğın baş verib. Bu barədə “musavat.com”a yarmarkada olan müxbiri Elşən Məmmədəliyevə istinadla məlumat yayıb.
E.Məmmədəliyev deyib ki, yanğın nöqtəsinin ətrafında topdan ayaqqabı satışı həyata keçirilir. Ətrafdakılar və 4 yanğınsöndürən maşın yanğının qarşısını almağa çalışırlar.