Kerri ərəb ölkələrini Suriya ilə bağlı qərar verməyə çağırıb

ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hava zərbələri vasitəsilə Suriyadakı vətəndaş müharibəsinin gedişinə təsir etmək niyyətində deyillər. Bununla belə o bildirib ki, avqustun 21-də Dəməşq yaxınlığında 1400 dinc sakinin, o cümlədən 426 uşağın ölümünə səbəb olan kimyavi hücum «beynəlxalq, qlobal qırmızı xətti» keçib. 
Bazar günü Parisdə Ərəb Dövlətləri Liqası ölkələrinin nazirləri ilə görüşdən sonra çıxış edən  Kerri Obama administrasiyasının kimyavi hücumu təsdiq edən videoyazılara malik olduğunu deyib. 
Kerri həmçinin bildirib ki, ərəb dövlətlərinin hökumətləri yaxın 24 saat ərzində ABŞ-ın endirəcəyi hava zərbələrinə yardımla bağlı qərar qəbul etməlidir. 

azadlıq.info