Azərbaycan İrana dəmiryol xətti çəkəcək?

Bu məsələnin İrana qoyulan sanksiyaya aidiyyəti yoxdur

Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun iranlı həmkarı Abbas Axundi ilə görüşündə iki ölkənin dəmir yollarının birləşdirilməsi məsələsi müzakirə edilib. Bu barədə “Trend” IRNA agentliyinə istinadən məlumat verib.
Istanbulda keçirilmiş görüşdə tərəflər nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər bu məsələnin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti qlobal nəqliyyatın investisiya imkanları mövzusuna həsr edilmiş XI Nəqliyyat, Dənizçilik və Kommunikasiyalar Forumunda iştirak etmək üçün Istanbulda səfərdədir.
Iranın sanksiya altında olduğu vaxtda iki ölkə arasında müzakirə edilən bu məsələ sanksiya tətbiq edən ölkələri narahat etməyə bilməz. Bu baxımdan hazırkı vəziyyətdə sözügedən müzakirələrin reallaşması nə dərəcədə mümkündür?

Politoloq Vəfa Quluzadə qeyd edir ki, Azərbaycan heç vaxt sanksiyalı məsələyə qarışmaz: “Amerikanın sanksiyasının meydan oxuduğu vaxtda Azərbaycanın Irana dəmiryol xəttinin çəkməsi məsələsini həll etməsinə inanmıram. Ümumiyyətlə, dəmiryol xəttinin çəkilməsi sanksiyalara dəxli olmayan məsələdir. Çünki dəmiryol infrastruktur layihəsidir və əbədi işləyən məsələdir. Çəkilən yollar yüz illərdir işləyir, ona görə də iqtisadi istiqamətdə olan bu məsələnin hansısa formada sanksiyalara daxil edilməsi mümkün deyil. Irana dəmiryol, avtomobil xəttinin çəkilməsi ola bilər. Iran dünya dövlətlərinə düşmən elan edilməyib. Ona qarşı müəyyən sanksiya qoyulub ki, bəzi strateji malların Irana verilməsi mümkün deyil. Bu cür məsələlərdə sanksiya işləyir, amma bütövlükdə məsələnin sankisya məsələsinə görə reallaşmamasını hesab etmək olmaz”.

Nigar