72 saat raket və bomba zərbələri endiriləcək
ABŞ Suriyada Bəşər Əsəd rejimininin obyektlərinə raket zərbələrinə hazırlaşır. Bunun ardınca 72 saat ərzində tam sıradan çıxmamış obyektlərin bombardımanı davam edəcək. Bu barədəə The Los Angeles Times qəzeti hərbi mənbələrə istinadən yazıb. Qəzetin məlumatına görə, əvvəl 50 hədəf nəzərdə tutulurdu, lakin Ağ Ev Pentaqona müraciət edərək hədəflərin siyahısını artırmağı tələb edib. Raket zərbələrində Aralıq dənizinin şərqində cəlb edilən 5 eskadra mina gəmisi istifadə ediləcək. Bundan əlavə Pentaqon HHQ bombardımançı təyyarələrin istifadə edilməsini planlaşdırır. Bununla belə ABŞ hərbi əməliyyatın Suriyadakı duruma təsir etməyəcəyini açıqlayıb.
azadlıq.info