Günün ulduz falı (08.09.2013)

QOÇ 

Uğurlu, məhsuldar gündür. Işdə əhəmiyyətli proqress sizi gözləyir. Günün maliyyə mənzərəsi də ürəkaçan olacaq. Ehtimal ki, gəliriniz olacaq. Günün ikinci yarısında səhhətinizə fikir verin.

BUĞA

Intellektual fəaliyyət üçün münasib gündür. Günorta vaxtlarında işlə bağlı məsələləri asanlıqla həll edəcəksiniz. Axşam saatlarını qohumların əhatsində keçirin.

ƏKIZLƏR

Hansı işlə məşğul olsanız o sizə maraqlı gələcək. Ehtimal ki, əlinizə pul düşəcək. Istənilən şərikli iş üçün münasib gündür.

 XƏRÇƏNG

Hamı ilə dil tapacaqsınız. Şəxsi sferada da vəziyyət yaxşı olacaq. Kiminsə sevgisini qazanmaq istəyirsinizsə, onda bunu bu gün edin. Bürcün ailəli mənsublarını xoş sürprizlər gözləyir. 

ŞIR

Günün emosional mənzərəsi yaxşı olmayacaq. Adi, xırda məsələdən ötrü qanınız qaralacaq. Ətrafdakılar sizi sakitləşdirməyə çalışacaq. Bu gün qadınlarla dil tapmaq çətin olacaq.

QIZ

Bu gün yeni pərəstişkarlarınızın olduğunu öyrənəcəksiniz.  Qarşı tərəfin şəxsi keyfiyyətləriniz və cazibəniz qarşısında durmaq asan olmayacaq. Sevdiyiniz adamın hisslərilə oynamayın.

TƏRƏZI

Çətin gündür. Neqativ tendensiyaların təsiri güclü olacaq. Qadınlarla dil tapmaq asan olacaq, amma əks cinsin mənsubları ilə isə yox. Maraqlı işgüzar təklif ala bilərsiniz. Bürcün bəzi nümayəndələri iş yerlərini dəyişə bilərlər.

ƏQRƏB

Situasiya istədiyiniz kimi inkişaf etməsə də, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Gün sənədləşmə işi üçün yararlıdır. Ehtimal ki, gəliriniz olacaq.

OXATAN

Gələcəklə bağlı planlarınızı müzakirə edə bilərsiniz. Ilkin olaraq maliyyə məsələlərinin müzakirəsi məqsəduyğundur. Maraqlı iş təklifi ala bilərsiniz. Yaxınlarınıza yardım etməyə vaxt tapacaqsınız.

OĞLAQ

Işdə konflikt olacağı gözlənilir. Ilk baxışdan ciddi görünən mövzuda güzəştə getmək istəməyəcəksiniz. Bu gün şəxsi müstəvidə qəti qərar verməyin.

DOLÇA

Günün birinci yarısından maksimum dərəcədə yararlanmağa çalışın. Çünki bu zaman kəsiyi məhsuldar olacaq. Işgüzar danışıqlar uğurlu alınacaq. Axşam saatları maraqlı görüşlər vəd edir.

BALIQLAR

Hadisələr o qədər ləng inkişaf edəcək ki, siz darıxmağa başlayacaqsınız. Günorta çağlarında xoş xəbər eşitmək ehtimalı var. Təmir işlərilə bağlı məsələləri həll etmək, lazımi təmir avadanlıqlarını almaq olar. Axşam saatları xoş keçəcək.