“Rauf Arifoğlu müraciət elədi, mən də ona tribuna verdim”
Sentiyabrın 8-də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Ermənistanın Gömrük ittifaqına girməsinə dair yazı yazıb. Yazıda yenidəm Milli Şuranın Rusiyanın əlinə oynaya biləcəyi ehtimalını ifadə edib. Xatırladaq ki, bu qəzet bir müddət öncə də belə kurs yürüdürdü. Bunu nəzərə alıb, “Azadlıq” qəzeti Milli Şurada təmsil olunan qüvvələrin təmsilçilərindən Rauf Arifoğlunun tezisinə münasibət öyrənib. Onlar da öz növbələrində qarşı tərəfi şər atmaqda ittiham ediblər.
“Yeni Müsavat”ın baş redaktoru isə öz qəzetinə açıqlamasında “Azadlıq” ın baş redaktorunun birinci müavini Rahim Hacıyevi hədəfə alıb. Onun yanlış etdiyini bildirib. Qeyd edib ki, “Azadlıq” Rauf Arifoğuna tribuna verməyib.
Rahim Hacıyev azadliq.info-ya açıqlamasında bildirib ki, həmkarı məsələyə düzgün yanaşımır: “Azadlıq” qəzetinin məqsədi hakimiyyəti tənqid və ifşa etməkdir. Bizim üçün müxalifət daxili intriqa çox maraqsız mövzu kimi sonuncu sırada da deyil. Rauf Arifoğlu da heç Rusiyaya işləməkdə ittiham etdiyi qrumun təmsilçilərinin mövqeyini çap etməmişdi. O, mənimlə əlaqə saxladı və cavab haqqı istədi. Mən də hesab etdim ki, onun bu müraciətinə müsbət cavab verim. Ona görə ki, həqiqətən də indi “Azadlıq”da çap edilən yazılar üçün başqa qəzetlər adekvat cavab tribunası sayıla bilməzlər”.