“Ermənistanla saziş çətin ki, imzalasın”

“Avropa  Birliyi  Ermənistanla  assosiativ sazişi çətin ki, imzalasın”. Bunu Birliyin genişlənmə və qonşuluq siyasəti üzrə rəsmisi Ştefan Füle  bu gün Brüsseldə Ermənistanın xarici işlər naziri  Edvard Nalbandyanla görüşdən sonra deyib.O qeyd edib ki, payizda  Vilnüs sammitində  belə bir razılaşma  imzalanacağını təsəvvür eləmək çətindir. Füle bildirib ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Vahid gömrük ittifaqı qarşısında öhtəliyi ilə assosiativ  saziş  bir araya sığmır.

Ermənistan prezidenti Serj Sarkisyan bu günlərədə Moskvaya səfəri zamanı ölkəsinin bu ittifaqa girmək fikrində olduğunu bildirib. Vahid gömrük ittifaqına Rusiya, Belarus və Qazaxıstan daxildir.