Qəbələdə at adam öldürdü

At maşına dəydi, sürücü öldü

Yol qəzasında at ölümə səbəb oldu. ANS PRESS-in Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 21:10 radələrində Qəbələ rayonu Bunut kəndinin ərazisində Bakı şəhər sakini Ağamir Quliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolun hərəkət hissəsində dayanmış atı vurub. Zərbənin təsirindən at yolun əks istiqamətində Vəndam qəsəbə sakini Seymur Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə dəyib. Hadisə nəticəsində S.Nəbiyev yerindəcə keçinib. Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.