Hitlerin cangüdəni öldü

İkinci Dünya Müharibəsində Adolf Hitlerin cangüdəni olmuş Roxus Miş 96 yaşında dünyasını dəyişib. Miş fürerin Berlin bunkerində ölümünü öz gözləri ilə görüb. Associated Press-in məlumatına görə, Roxus Miş 1940-45-ci illərdə Hitletin cangüdəni işləyib. Eyni zamanda fürerin olduğu yerlərdə telefon zənglərinə cavab verib, onun müxtəlif tapşırıqlarını yerinə yetirib – məsələn, kuryer kimi. O, 1945-ci il aprelin 30-da Hitlerin bunkerində olub. Həmin gün Hitler və onun xanımı Eva Braun intihar ediblər. Miş və başqa mühafizəçilər intihardan dərhal sonra otağa daxil olublar. Daha sonra Miş sovet əsgərləri tərəfindən əsir götürülüb və 9 ilini türmə və düşərgələrdə keçirib. 1954-cü ildə ona öz vətəninə dönməyə icazə verilib. Almaniyada o, öz arvadı ilə balaca bir mağaza işlədirdi. 2008-ci ilə Roxus Miş öz həyatı haqında “Axırıncı  şahid. Mən Hitlerin telefonçusu, kuryeri və cangüdəni idim”  adlı memuar çap etdirib.