Cəmil Həsənlinin imza vərəqələri hazırdır (VİDEO)

Vərəqələr sentyabrın 7- də MSK-ya təqdim ediləcək

Sentyabrın 7-də Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Bu barədə C.Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov bildirib. Onun sözlərinə görə, C.Həsənlinin namizədliyinin müdafiəsi üçün 45 min seçici imzası toplanıb. Hər bir imza ayrılıqda ekspertiza olunub. Bu gün C.Həsənli imza vərəqələrini imzalayıb. Sənədlər artıq qanunvericiliyə uyğun olaraq MSK-ya təqdim edilməsi üçün hazırlanıb.