Cəmil Həsənlinin bank hesabına problem yaradılır

Gəncə sakinləri hesaba pul köçürə bilmirlər

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin  təşviqat materiallarının hazırlanması, platformasının xalqa çatdırılması, sosial şəbəkələrdən tutmuş televiziyalara qədər hər yerdə onun təbliği üçün xeyli pula ehtiyac  var.  Müxalifətin maliyyə imkanlarının məhdud olduğu üçün, cəmiyyətə müxtəlif çağırışlar oldu və Cəmil Həsənlinin adına bank hesabı açıldı. Bundan sonra ölkənin müxtəlif bölgələrində yaşayan insanlar, öz imkanları daxilində bu hesaba pul köçürməyə başladı.
Ancaq, hakimiyyət bu  kompaniyadan da narahart  olmağa başladı və bu narahatlıq artıq özünü açıq şəkildə göstərir.
Bugünlərdə redaksiyamıza müraciət edən Gəncə sakinləri Cəmil Həsənlinin hesabına pul köçürtməkdə problemlə üzləşdiklərini bildirdilər. Sakinlər bildirir ki, 2 gün öncə Gəncə şəhərində yerləşən Beynəlxalq banka pul köçürüblər. Ancaq son 2 gündə Cəmil Həsənlinin adına açılmış hesaba pul köçürmək mümükün olmur.,. Bank işçiləri bunu texniki problemlərlə əlaqələndirir. Guya, kompyuterlərdə problem yaranıb, internet yoxdur,  kompyuter donub və.s.
Ancaq sakinlər bu sadalanan problemlərin bəhanə olduğunu bildirirlər. Onlar hesab edir ki, Cəmil Həsənlinin hesabına pul köçürülməsinə mane olmaq üçün, banka xüsusi göstəriş verilib.
Ölkənin milyardların öz hesabına köçürənlər, Cəmil Həsənlinin hesabına köçürülən 1 manata dözüm gətirə bilmir.
Baş verənləri diqqətdə saxlayacağıq.

Cəmil Həsənlinin bank hesabı:

Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı
Kod: 805584
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Vöen: 9900001881
S.W.I.F.T.: İBAZAZ2X
Müştərinin adı HASANLI CAMIL POLADXAN OGLU
Hesab AZ29IBAZ33801019443102498202