İbrahimbəyovun MSK-dan şikayətinə Ali Məhkəmədə baxılacaq

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməsindən imtina ilə əlaqədar yuxarı instansiya məhkəməsinə şikayət olunub. Şikayətə sentyabrın 6-da Ali Məhkəmədə baxılacaq. Proses saat 15:00-da başlayacaq.
Xatırladaq ki, R.İbrahimbəyov namizədliyini təsdiq etmədiyi üçün MSK-nı məhkəməyə verib. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib. Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.