Baki- Quba yolunun 80-ci kilometirliyində Siyəzən rayonu ərazisində dəhşətli qəza baş verib. Xəzərxəbər-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində hərəkətdə olan sərnişin avtobusu aşıb.Qəza nəticəsində 24 nəfər yaralanıb.
Yaralılar Siyəzən rayon diaqnostika mərkəzinə aparılıb.Yaralılardan 17 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə 4 təcili yardım maşını çağırılıb.