Rusiya ABŞ-Suriya müharibəsinə qarışmayacaq

Sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın 1-ci kanalına və “Assosiated Press” agentliyinə müsahibə verib. Putin bildirib ki, Rusiya ABŞ-ı Suriyaya qarşı hərbi əməliyyatda 2 halda dəstəkləyə bilər. Birinci, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində, ikinci, ABŞ Suriya hökumətinin Dəməşq ətarafında kimyəvi silahdan istifadə etməsi ilə bağlı dəqiq sübutlar təqdim edərsə. Bununla yanaşı Putin bildirib ki, Rusiya heç bir konfliktə qarışmaq niyyətində deyil.

azadliq.info