Sentyabrın 4-də Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirilib. Aksiyaçılar prezident Serj Sərkisyanın Rusiyanın rəhbərlik etdiyi və Belorus və Qazaxıstanın da üzv olduğu Vahid Gömrük İttifaqına qoşulmağa razılıq verməsinə etiraz edirlər.
Moskvada səfərdə olan Ermənistan prezidenti həmçinin Avrasiya İttifaqının yaradılmasında iştiraka hazır olduğunu bildirib.