Sənədlər içərisində offşorlarla bağlı araşdırmalar, qanunsuz sxemlər və mühasibatlıq hesabatları, müqavilələr və s. var
Erməni hakerləri Azərbaycanın enerji nəhəngi “Azərenerji”dən məxfi məlumatlar oğurlayıblar. Hakerlər məşhur “Anonymous” qrupunun adı altında gizləniblər.
Hücum barədə “cyberguerrilla.org” saytında qeyd yerləşdirilib. Orada göstərilir ki, “Azərenerji”dən 7 GB həcmində məxfi sənədlər götürülüb. Sənədlər içərisində offşorlarla bağlı araşdırmalar, qanunsuz sxemlər və mühasibatlıq hesabatları, müqavilələr və s. var.
Haker qrupu qeyd edib ki, bu oğurluq “Azərbaycanın mafioz klanı ilə mübarizədə əməliyyatlar seriyasından biridir”.
azadliq.info