Eldəniz Quliyev narazılıqlarının səbəbini dedi

“Bəzi narazılıqlara baxmayaraq, EL hərəkatının Milli Şuradan (MŞ) ayrıla bilməsi haqda xəbərlər əsassızdır, əksinə, biz qurumun daha da güclənməsi və monolit olmasında maraqlıyıq”. Bunu hərəkatın Ali Məclis sədri Eldəniz Quliyev “Turan”a bildirib.

O, hərəkatla Şura arasında narazılığa səbəb kimi EL-ə olan basqılara Şuranın bir müddət səssiz qalmasını göstərib. E.Quliyev ölkə prokurorluğunun əsassız bir bəyanata söykənərək iki həftəyə yaxındır ki, hərəkata olan təzyiqlərinə Şuranın səssiz qalmasını əməkdaşlıqla bir araya sığmayan hərəkət kimi dəyərləndirib. O, bu susqunluğu hətta qeyri-səmimilik kimi dəyərləndirib. 

E.Quliyev daha bir narazılıq nöqtəsi kimi “Yeni Müsavat” qəzetində Milli Şuranın “Ruisya projesindən milli projeyə çevrilməsi” yönlü yazılarını göstərib: “Milli Şura nə zaman rus projesi olub ki, indi milli projeyə dönə? Bu qurum əvvəlindən milli projedir, indi isə təkcə müxalifətin yox, bütün xalqın dəstək verdiyi ümumxalq projesidir”.