Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli sentyabrın 4-də ATƏT-in Azərbaycandakı Müşahidə Missiyasının rəhbəri Tana de Zulueta və bu missiyanın siyasi analitiki Vadim Jdanoviçlə görüşüb. C.Həsənlinin Müsavat Partiyasının qərargahındakı iş otağında keçirilən görüş qapalı olub. Görüş barədə mediaya hər hansı açıqlama verilməyib. Yalnız görüşdən öncə şəkil çəkməsinə icazə verilib.
ATƏT-in missiya rəhbəri Cəmil Həsənli ilə görüşdü
•
•