Milli Şuranın London səfəri hakimiyyəti narahat edib

Elmar Məmmədyarov Böyük Britaniyaya göndərilir

Xarici işlər naziri Elmar Məmmədyarov 3-5 sentyabr tarixlərində Böyük Britaniyaya işgüzar səfər edəcək. Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin Baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.
Məlumat üçün deyək ki, Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyi də Londona dəvət edilib. Səfər sentyabrın 4-nə planlaşdırılmışdı. Lakin sonradan vaxtı dəyişdirildi. Milli Şuranın rəhbərliyi sentyabrın 8-11-də Londonda səfərdə olacaq.
Milli Şura rəhbərliyinin Londona dəvət olunmasından sonra Elmar Məmmədyarovun Böyük Britaniyaya səfər etməsi təsadüfi deyil. Belə bir səfərin planlaşdırılması barədə məlumat verilməmişdi. Görünür, hakimiyyət Milli Şura rəhbərliyinin London səfərindən narahat olub. Dərhal Böyük Britaniyaya elçi göndərmək qərarına gəlinib.