Nardaran Ağsaqqallar Şurasının sədri, Milli Şuranın üzvü Natiq Kərimovun ölkədən çıxmasına qadağa qoyulub.
“Azadlıq”a məlumat verən Natiq Kərimov 6 aydan bir İrana müayinəyə getdiyini, avqustun 30-da Astara sərhəd-keçid məntəqəsindən İrana buraxılmadığını, ölkədən çıxmasına qadağa qoyulduğu bilgisi aldığını deyib.
Natiq Kərimovun sözlərinə görə, sərhəd xidmətinin Bakıya göndərdiyi sorğuya cavab gəlib ki, bu ilin aprel ayından ölkədən çıxmasına qadağa qoyulub. O, apreldə ilahiyyatçı Taleh Bağırovun müdafiəsi üçün Nardaranda aksiyaların keçirildiyini xatırladıb, qadağanın həmin aksiyalarla bağlı olduğunu ehtimal etdiyini deyib: “Sonuncu dəfə mart ayında İrana getmişəm. Aprel ayında hacı Taleh Bağırovun həbsi ilə bağlı Nardaranda aksiya oldu. Yadıma başqa bir şey gəlmir. Ancaq ölkədən çıxmamaq barədə nə mənə xəbərdarlıq edilib, nə də məhkəmə qərarı var. Sabunçu rayon 14-cü polis bölməsi ilə əlaqə saxladım. Rəis onlarda da belə bir məlumatın olmadığını söylədi. Yenə öncədən deyilsəydi, bu qədər yolu getməzdim”.
Ramin