Sentyabrın 3-ü axşam saatlarında Bakıda Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşının avtomobilinə bir qrup övladlarını itirmiş əsgər valideynləri hücum ediblər. Avropa.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı şəhəri Səməd Vurğun küçəsi 14 -də yerləşən Zabitlər Evinin qarşısında Müdafiə Nazirliyinə məxsus 0090 MN dövlət nişanlı Mersedes markalı avtomobilin qarşısını kəsən bir qrup övladlarını itirmiş valideynlər maşını təpikləməyə başlayıblar. Onlar “Övladlarımızı qaytarın” , ” Onları siz öldürmüsüz” kimi şuarlar səsləndiriblər. Hadisə yerinə cəlb olunmuş polisin köməkliyi ilə əsgər valideynlərini ərazidən uzaqlaşdırmaq mümkün olub. Avtomobilin Müdafiə Nazirliyində hansı rütbəli məmura məxsus olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Polis hər hansısa açıqlama verməkdən imtina edib.
Şəhid valideynləri Müdafiə Nazirliyinin avtomobilinə hücum çəkdilər
•