Ismayıllıda məskunlaşan Ağdam qaçqını məmur özbaşınalığına etiraz olaraq bu addımı atacaq
Ismayıllı rayonu H.Əliyev prospektində 115 saylı texniki peşə məktəbinin anbarında məskunlaşan, Ağdam rayonundan məcburən köçkün salınmış Əliyev Səhrad Əli oğlu Ismayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqova ünvanladığı xəbərdarlıq məktubunun bir surətini də redaksiyamıza yollayıb.
Məktubda deyilir: “Konstitusiyanın 49-cu maddəsini rəhbər tutaraq, 11 sentyabr 2013-cü ildə saat 14:00-da Heydər Əliyevin heykəli qarşısında aksiya keçirəcəm. Aksiyaya səbəb rayonda məmur özbaşnalığı, mənə və ailəmə qarşı olan haqsızlıqdır. Görəsən bu haqsızlıqda erməni faktoru varmı? Əgər yoxdursa, görəsən icra başçısı hara baxır? Aksiyanı Ilham Əliyevin portretini yandırmaqla, ölkədə və Ismayıllıdakı vandalizmə yox deməklə yekunlaşdıracam. Bu xəbərdarlığın surətini ”Azadlıq” qəzeti başda olmaqla bütün KIV-lərə yollayıram. Həmin gün bütün jurnalistləri Ismayıllıya dəvət edirəm ki, mənim haqq səsimi BMT-nin qaçqın və məcburi köçkünlər üzrə ali komissarlığına və Avropa insan haqları təşkilatlarına çatdırsınlar”.