Obamanın Suriya ordusunu cəzalandıracağı xəbəri Suriyanı qorxuya salıb
Suriya BMT-dən ABŞ-ın Suriya əleyhinə olan istənilən təcavüzünün qarşısını almağı xahiş edib. ANS PRESS-in Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Vaşinqton deyir ki, 1988-ci ildə İraqda Səddam Hüseynin minlərlə kürdü qazla zəhərləməsindən kimi, Suriyada da kimyəvi silahla 1400-dən çox insan həlak olub ki, bunların da əksəriyyəti uşaqlardır.
ABŞ ordusunun hərəkəti Konqresdə səsə qoyulacaq. Konqresin yay tətili sentyabrın 9-da sona çatacaq. O zamana qədər Bəşər Əsədə torpağı istənilən hücuma hazırlamağa və güc tədbiq etmək əleyhinə beynəlxalq dəstək qazanmağa vaxt verilir.
BMT-nin Suriyadakı səfiri Bəşər Cəfərinin BMT sədrinə və Təhlükəsizlik Şurasına məktubunda, o, BMT-ni Suriyadakı təcavüzün qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürüb məsələni siyasi yolla həll etməyə çağırıb. Cəfərinin sözlərinə görə, ABŞ sülh sponsoru rolunu oynayaraq Suriya mövzusunda beynəlxalq konfransda Rusiyanın tərəfdarı olmalıdır.Ölkəsində qanunları qoruyanlar əleyhinə güc işlətməməlidir.
Suriya kimyəvi silahdan istifadə etdiyini boynuna almasa da, Con Kerri dünən çıxışında test nəticələrinin 21 avqustda insanlara qarşı zarin qazından istifadə edildiyini sübut etdiyini söyləyib.