Yaroslavl vilayət məhkəməsi hakim Yuri Zuyevin sədrliyi ilə keçən iclasda Naxçıvan MTN-nin sabiq əməkdaşı İbrahim Musayev barədə qərar çıxarıb.
APA-nın məlumatına görə, məhkəmə Musayevin Azərbaycana ekstradisiyasına qərar verib.
Xatırladaq ki, İbrahim Musayev Naxçıvan MTN-də ölən Turac Zeynalovun ailəsinə qarşı əməliyyata cəlb olunduğunu, lakin əməliyyatı sona qədər yerinə yetirməkdən yayınıb ölkədən çıxdığını deyib. O, Turac Zeynalovun ölümü və özünün ekstradisiyası işilə bağlı ötən gün Rusiyanın “Kavkazskaya Uzla” qəzetinə sensasiya sayıla biləcək açıqlamalar verib. Musayev onu Turac Zeynalovla bağlı məsələni ictimailəşdirdiyi üçün Azərbaycana qaytarıb öldürmək istədiklərini iddia edib.