Milli Şura seçki mitinqlərinə Bakıdan başlayacaq

Milli Şura seçkiöncəsi kütləvi aksiyalara Bakıdan başlayacaq. Bunu Avropa.info-ya açıqlamasında Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov bildirib. Onun sözlərinə görə, ilk aksiya sentyabrın 15-20 arasında Bakıda təşkil olunacaq. Ondan sonra aksiyalar regionlarda təşkil oluncaq,

H.Kərimov bildirib ki, bu aksiyalar yerli icra hakimiyyətlərinin ayıracaqları qapalı və açıq yerlərdə keçiriləcək: “Təbii ki, biz daha çox açıq yerlərdə aksiyalar keçirmək niyyətindəyk. Amma bütün bunlar yerli icra hakimiyyətinin qərarından asılı olacaq. Biz respublikanın əsas regionlarında aksiyalar və görüşlər keçirməyi planlaşdırırıq”.