“Nə qədər təəccüblü görünsə də, prezident Serj Sərkisyanın Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərində Ilham Əliyevin üçüncü müddətə prezident seçilməsini məqbul hesab etməsi, Ermənistan prezidenti tərəfindən verilmiş düzgün mesaj idi”.
Bunu “Azadlıq” radiosunun Azərbaycan xidmətinin suallarını cavablandırarkən Yerevanda qərarlaşan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan deyib.
O bildirib ki, Ermənistan prezidentinin qənaətinə görə, Ilham Əliyevin təkrar prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin çözülməsi baxımından ən yaxşı nəticə olardı. Belə ki, Azərbaycan prezidenti proqnozlaşdırılan və güvəniləcək şəxsdir, halbuki, Azərbaycan müxalifəti Ermənistan rəhbərliyi üçün tamamilə naməlumdur.