Suriya hökuməti iki ildir ki, öz hərbi potensialını saxlamaq üçün Rusiyadan silahlar alır. “Reuters” agentliyinin verdiyi xəbərə görə, Bəşər Əsəd rus silah – sursatına görə hesabları Rusiyadakı banklar vasitəsilə ödəyir.
Agentlik son vaxtlar belə ödəmələrin artdığını xəbər verir. Bu da Əsəd rejiminin Kremlə hərbi stavkasının güclü olmasının göstəricisidir. Rusiya hərbi-sənaye kompleksindəki anonim mənbə bildirib ki, təkcə axır aylar ərzində rəsmi Əsəd hökuməti dörd C-300 zenit-raket kompleksinin alınmasına dair milyardlıq sazişin yarısını ödəyib və yeni, 36 “YAK-13O” hərbi təyyarəsi, digər silahların alınmasını nəzərdə tutan 550 milyon dollarlıq müqavilənin şərtlərini isə yerinə yetirməyə başlayıb.
Başqa bir mənbədən Reuters-ə məlum olub ki, Əsədin Moskvadakı bütün maliyyə işlərini onun doğma dayısı Məhəmməd Maxluf həyata keçirir. Maxluf Rusiya paytaxtındakı otellərin birində, mənzərəsi Moskva çayına açılan nömrədə qalır (Musavat.com).