Jurnalistlər qəzaya düşdü: 3 yaralı, 1 ölü

Şamaxı rayonunda “Mitsubishi” markalı avtomobil uçuruma düşüb. Şamaxı rayon polis şöbəsindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Ölənin meyiti və yaralılar FHN əməkdaşları və yerli sakinlərin köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Rayonun Təzəgünəşli kəndi ərazisində qəzaya düşənlərin jurnalistlər olduğu müəyyənləşib. “ans press”in yaydığı məlumata görə, qəzaya düşənlər 54 yaşlı Əzizov Fikrət Nazim oğlu “Kommunist” qəzetinin redaktoru, 51 yaşlı Vəliyeva Cahan “Açıq Səma” qəzetinin redaktoru, 51 yaşlı Salahova Tehran Nazim qızı “Xalq Mədəniyyəti” jurnalının redaktoru olub. Daha bir yaralı isə 54 yaşlı Atakişiyeva İlhamə Xankişi qızıdır.
Avtomobil yoldan çıxaraq 50 metrlik uçuruma yuvarlanıb. Qəzada ölən 51 yaşlı Əzizov Fikrət Nazim oğludur.
Faktla əlaqədar Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.