Daha bir partiya Cəmil Həsənlini müdafiə etdi

Difai partiyasından Milli Şuraya dəstək

Ötən gün Difai” Partiyası  Siyasi Şurasının növbədənkənar iclası keçirilib.  İclasda ölkədəki ictimai-siyasi vəziyyət, bu il keçiriləcək prezident seçkilərinə hazırlıq işləri geniş müzakirə olunub. İclasda   Milli Şuranın fəaliyyəti təqdirəlayiq hesab edilib və bu ilki prezident seçkilərində Milli Şuranın yeni vahid namizədi professor Cəmil Həsənlinin dəstəklənməsi haqda qərar qəbul edilib. “Difai” partiyası hesab edir ki, ölkədə demokratik keçidi təmin etmək üçün ən yaxşı format Milli Şuradır və bu seçkilərdə ən layiqli namizəd Cəmil Həsənlidir. Partiyada yekdilliklə Milli Şuranın dəstəklənməsi haqda qərar qəbul edilib.