«Ailə üzvlərim hakimiyyətin hədəfindədir, amma məni bu yolla susdurmaq mümkün olmayacaq»
Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayılovanın ailə üzvlərinə təzyiq edilir. Bu barədə “Azadlıq”a jurnalistin özü məlumat verib. “Indi də hakimiyyət ailə üzvlərimə çamur atmaq istəyir. Mən təfərrüatları açıqlamaq istəmirəm. Amma ailə üzvlərim hakimiyyətin hədəfindədir. Məni susdurmaq istəyirlər. Lakin mən ailə üzvlərimdən arxayınam və məni bu yolla susdurmaq mümkün olmayacaq”.
Xədicə Ismayıl əlavə edib ki, Mərkəzi Seçki Komissiyasına ölkə başçısı Ilham Əliyevin və digər namizədlərin gəlirləri barədə sorğu göndərib. Jurnalist hesab edir ki, bu dəfəki təzyiqin kökündə bu məsələ dayana bilər.