Tanınmış hərəkatçı Miralim Bəhramov bu gün yaşadığı Cəlilabad şəhərində vəfat edib. Bu barədə musavat.com-a onun yaxın dostları xəbər verib.
Bildirilir ki, Miralim Bəhramovun vəfat etməsinə səbəb onun ürək çatışmazlığı olub.
Ancaq belə bir məlumat da verilir ki, M.Bəhramovun əzizləri tibbi ekspertizadan keçirilməsi üçün onun meyitini Bakı şəhərinə gətiriblər.
Qeyd edək ki, 1988-90-cı illərdə Miralim Bəhramov xalq hərəkatının ən fəal üzvlərindən biri olub, AXC-nin Cəlilabad rayon təşkilatına rəhbərlik edib. Siyasi fəaliyyətinə görə o, dəfələrlə təqib və təzyiqlərə, repressiya aktlarına məruz qalıb, həbsdə yatıb.
Miralim Bəhramov vəfat etdi
•