Qvardiola Mourinyo ilə dueldən qalib çıxdı
UEFA Superkubokunun qalibi müəyyənləşib. Çempionlar Liqasının son qalin “Bayer Münhen”lə Avroliqanın qalibi “Çelsi” komandaları üz-üzə gəlib. Çexiyanın paytaxtı Praqadakı “ Eden arena” stadionunda keçirilən oyunda penaltilər seriyasında “Bayer” qalib gəlib. Oyunun 8-ci dəqiqəsində Fernando Torres “Çelsi”ni irəli çıxarıb. 47-ci dəqiqədə Frank Riberi hesabı bərabərləşdirib. 85-ci dəqiqədə Ramires ikinci sarı vərəqəsini alaraq “Çelsi”ni azlıqda qoyub. Oyunun əsas hissəsi bərabərliklə başa çatıb. Əlavə vaxtın 3-cü dəqiqəsində Eden Hazard “Çelsi”nin ikinci qolunu vurdu. Əlavə vaxtın son dəqiqəsində Xavi Martines hesabı bərabərləşdirdi. Penaltilər zərbələrində bəxt “Bayer”in tərəfində oldu. Münhen təmsilçisi 5-4 hesabı ilə qələbə qazandı.
azadlıq.info