abs-azerbaycan2

Səfirlər Əliyevə görə ABŞ-ı ittiham etdi

“Qərb Azərbaycanda azadlığı əlindən alınmış insanların adından danışmalıdır”

“Azərbaycanda sosial partlayış ehtimalı artır”

 Amerikanın tanınmış «New York Times» qəzeti dünənki sayında Cənubi Qafqaz ölkələri ilə bağlı məqaləyə yer verib. Regionun geosiyasi əhəmiyyətinə toxunulan yazıda bölgə ölkələrində qarşıdan gələn seçkilərlə bağlı analiz aparılıb. Dərc olunan məqaləni maraqlı edən cəhətlərdən ən vacibi isə onun Amerikan diplomatları tərəfindən qələmə alınmasıdır. Məqalənin müəllifləri – Denis Korboy Ermənistanda və Gürcüstanda Avropa Komissiyasının səfiri kimi çalışıb, Villiam Kortni ABŞ-ın Qazaxıstan və Gürcüstandakı səfiri olub, Riçard Kozlariç ABŞ-ın Azərbaycanda və Bosniya-Herseqovinadakı səfiri vəzifələrini tutub, Kennet Yalovits isə ABŞ-ın Belarus və Gürcüstanda səfiri olub. Diplomatların qələmə aldığı məqaləni diqqətinizə çatdırırıq: 

«Rusiya-Gürcüstan müharibəsindən beş il sonra Cənubi Qafqaz ölkələri yenidən dünyanın diqqətini cəlb edir. Azərbaycan, Ermənistan və Gürcüstan yenidən çox böyük problemlərlə üz-üzədir. Qlobal enerji resurslarının hasilatının artması və NATO-nun Əfqanıstandan qoşunlarını çıxarması regionun geosiyasi əhəmiyyətini zəiflədir. Bu üç ölkə həmçinin ciddi təhlükəsizlik problemləri, gözləntilərin doğrulmaması və idarəetmədə buraxılan ciddi səhvlər kimi risklərlə də üzləşirlər. Cənubi Qafqaz üçün hazırda seçim vaxtıdır. Cənubi Qafqazda təhlükəsizliklə bağlı suallar narahatlıq doğurur. Rusiya hərbiçiləri Gürcüstanda iki «müstəqil» anklavı Abxaziyanı, Cənubi Osetiyanı və onlara bitişik əraziləri zəbt ediblər.  Artıq iki on illikdir ki, Dağlıq Qarabağdakı hərbi qarşıdurma davam edir. Burada etnik erməni əhalisi vaxtı ilə Azərbaycanın rəhbərliyi altında idi. Rusiya münaqişə tərəflərinin hər ikisi ilə oynayır. Ermənistanda hərbi bazanı saxlaması, bu ölkə ilə təhlükəsizlik müqaviləsinin müddətini uzatmasının fonunda rusiya Azərbaycana dəyəri milyardlarla dollarla ölçülən silahlar satır. Region ölkələrindən Türkiyənin Ermənistanla sərhədlərini bağlayaraq öz təhlükəsizliyini gücləndirməsinə qarşılıq İran Ermənistanı dəstəkləyir. Rusiya Avraziya İqtisadi Birliyinə daxil olmalırı üçün qonşularına təzyiqlər göstərir. Moskva Cənubi Qafqaz ölkələrinin addımlarını Avropa Birliyi ilə razılaşdırması səbəbindən narahatlıq keçirir.

«Siyasi gərginlik, durğunluq islahatların qarşısını alır»

Ermənistanın Avraziya İqtisadi İttifaqında müşahidəçi olmasına baxmayaraq, bu ölkənin birliyə üzvlüyə can atdığı hiss olunmur. Rusiyanın Ukrayna ilə olan qısa müddətli iqtisadi qarşıdurmaları digər ölkələrə münasibətdə də sərt mövqeyin sərgilənməsiylə nəticələnə bilər. Bu ölkələr həm də ciddi daxili problemlərdən də əziyyət çəkirlər. Burada bu il keçiriləcək prezident seçkilərinin alıtın cızmaq olar. Keçən ilin fevralında Ermənistanın hazırda fəaliyyətdə olan prezidenti Serj Sarkisyan qüsurlu seçkilərdə qalib elan olundu. Seçkiyə az qalmış iki tanınmış iddiaçı seçkidən kənarlaşdırıldı, üçüncü namizəd aclıq elan etdi. Dördüncü iddiaçı da seçkidən kənarlaşdırılsa da, sonradan bərpa edildi. ATƏT-dən olan müşahidəçilər qeyd ediblər ki, bəzi əyaələtlərdə Sarkisyana olan dəstək «inanılmaz dərəcədə yüksək olub». Ölkədəki siyasi gərginlik, durğunluq siyasi islahatların qarşısını alır. Ölkədən kütləvi köçün olması isə məmur özbaşnalığı ilə bağlanılır.

«Hakim elita etirazlardan narahatdır»

Azərbaycanda sosial partlayış ehtimalı kütləvi korrupsiya, sərvətin qeyri-bərabər bölüşdürülməsinin və diktaturanın fonunda artmaqdadır. 2011-ci ildə baş verən ictimai etirazlar hakim elitanı qorxudub. Ona görə İlham Əliyev nəzarəti gücləndirərək jurnalist və blogerləri həbs edib. O həmçinin qarşıdan gələn prezident seçkilərində ona rəqib olmalı olan müxalifətin lideri Rüstəm İbrahimbəyovun ölkəyə qayıdışına da mane olur. 

«Gürcüstan ilkə imza atdı»

Keçən illəri Gürcüstan tarixində ilk dəfə olaraq hakimiyyətin dinc, seçki yolu ilə ötürülməsindən həzz alırdı. İvanişvilinin rəhbərlik etdiyi müxalifət koalisiyası parlament seçkilərində qələbə qazandı. Yeni hökumət ictimai təzyiqləri əldə rəhbər tutaraq keçmiş məmurlara qarşı bir sıra ittihamlar irəli sürdülər. Baş verənlər isə ölkədə siyasi ədalət prinsipi ilə bağlı narahatlıq yaradır. Digər tərəfdən isə ölkədə iqtisadi durumun yaxşılaşmaması hökumətə olan dəstəyi zəiflədir. 

Regionda yaranmış vəziyyət, bütün bu seçkilər Dağlıq Qarabağ üçün yaxşı xəbər sayıla bilməz. Ermənistanda qütbləşmiş siyasətin, Azərbaycanda isə hər ötən müddət legetimliyi aşağı düşən avtoritarizmin saxlanılması problemin həlliylə bağlı sülhə nail olmaq üçün kompramisi mümkünsüz edir.

Gürcüstanın Qərbyönlü orentasiyasının saxlanması şərti ilə ölkənin Rusiya ilə əlaqələrindəki gərginlik aradan azaldı. Moskva gürcü çaxırının, kənd təsərrüfatı məhsullarının ölkəyə idxal edilməsiylə bağlı qadağaları qaldırır. Amma Abxaziya və Cənubi Osetiya məsələlərinə baxışdakı fərqli yanaşma hələ də qalmaqdadır. Hazırda isə Gürcüstan əsas diqqətini demokratiyanın möhkəmlənməsinə, ölkənin iqtisadiyyatının qaldırılmasına və hərbi istehkam qurğularının tikintisinə yönəltməlidir. 

«Cənubi Qafqaz üçün seçim anıdır»

Hər üç ölkə Avropa Birliyi ilə münasibətlərdə həlledici mərhələyə qədəm qoyublar. Şərq tərəfdaşlığı bu dövlətləri Avropa struturlarına inteqrasiya prosesini möhkəmləndirə bilər. Bu ilin noyabr ayında Vilnüsdə Avropa Birliyi böyük ehtimal ilə Ermənistan və Gürcüstanla azad ticarətə dair sənədə imza atacaq. Azərbaycan hələlik prosesdən məsafə saxlasa da viza ilə bağlı razılaşmaya imza atacağı gözləniləndir. Avropa Birliyi yeni islahatları müqabilində geniş əməkdaşlıq və siyasi dəstək təklif edir. 

Birincisi, Qərb xüsusilə Azərbaycanda azadlıqları əlindən alınmışların adından danışmalıdır. Saxtalaşdırılmasına göz yumulan hər seçkiyə, əsassız yerə həbsə atılan hər bir müxalifət fəalına, əmlakı əlindən alınan hər bir vətəndaşa adekvat reaksiyanın verilməməsi Qərbə münasibətdə səbirsizlik yaradıb. Azərbaycanda gənclər və ziyalılar arasında anti-Amerikan əhval-ruhiyyəsinin artması narahatedici əlamət kimi dəyərləndirilir. 

İkincisi, Avropa Birliyi Cənubi Qafqazda tarixi imkanı dəyərləndirməlidir. Avropa Birliyi demokratik standarlara münasibəti və sərvəti ilə cəlbedici mayakdır. Avropa İttifaqı ilə daha sıx əlaqələr Cənubi Qafqaza qüdrətli qonşuları ilə münasibətlərdə daha geniş manevr imkanı verərdi.

Üçüncüsü, Cənubi Qafqaz ölkələrinin müstəqiliyinin Qərb tərəfindən dəstəklənməsi əhəmiyyətini saxlamaqda davam edir.

Hazırda Cənubi Qafqaz ölkələrinin öz gələcəkləri üçün seçim etmək zamanıdır. Əgər onlar Qərblə daha sıx əməkdaşlıq istəyirlərsə, idarəetməni şəffaflaşdırmalı və əhaliyə geniş iqtisadi imkanlar yaratmalıdırlar. Bu ölkələr seçim etmək cəhdində ikən, Qərb də islahat və azadlıq tərəfdarlarının yanında olmalıdır.